Britni Spirs yanğına görə 7,4 milyon dollarlıq evini TƏRK ETDİ

Hazırda oxunan: Britni Spirs yanğına görə 7,4 milyon dollarlıq evini TƏRK ETDİ

229530

Məşhur amerikalı müğənni Britni Spirs Los-Ancelesdəki meşə yanğınları səbəbindən evini tərk etmək məcburiyyətində qalıb.

Bizim.Media xəbər veri ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
 

O, dəyəri 7,4 milyon dollar olan evini tərk etdiyini və otelə yerləşdiyini açıqlayıb.


"Ümid edirəm ki, hamınız yaxşısınız! Mən evimi tərk etmək məcburiyyətində qaldım və otelə çatmaq üçün dörd saatlıq yol qət edirəm! Dua edirəm ki, sizdə hər şey qaydasındadır.Hamınıza sevgimi göndərirəm", - müğənni paylaşımda bildirib.

Xatırladaq ki, Los-Ancelesdə ümumi sahəsi 15,2 min hektar olan altı meşə yanğını davam edir. Yanğınlar nəticəsində azı 11 nəfər həlak olub. Məlumata görə, beş nəfər Palisades bölgəsində, daha altı nəfər isə İton adlanan ərazidə ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin