Tramp BUNA GÖRƏ ABŞ tarixinin ilk prezidenti olacaq

Hazırda oxunan: Tramp BUNA GÖRƏ ABŞ tarixinin ilk prezidenti olacaq

229454

Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp barəsində çıxarılmış maliyyə sənədlərinin saxtalaşdırılmasına dair ittihamı ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məhkəmənin qərarıla Tramp hər hansı həbs və cərimə ilə bağlı cəzalarla üzləşməyəcək. Lakin onun barəsində çıxarılmış qanuni hökm qüvvədə saxlanılacaq.

Bununla da Tramp ABŞ tarixində cinayətdə ittiham olunaraq mühakimə edilən ilk ölkə lideri olacaq.

Qeyd edək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin