“Metapnevmovirusu yeni adlandırmaq olmaz, çünki bu patogen həmişə kəskin respirator infeksiyalara səbəb olan digər viruslar arasında mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev deyib.
O bildirib ki, metapnevmovirus körpələr və yaşlılar üçün təhlükəlidir.
Mütəxəssis əlavə edib ki, yaşlı insanlar arasında ilk növbədə xroniki xəstəliklərdən əziyyət çəkənlər risk altındadır. Zverevin sözlərinə görə, simptomatik müalicədən başqa yeni virusa qarşı heç bir vasitə yoxdur.
Həmçinin İvanovski Virusologiya İnstitutunun şöbə müdiri Aleksandr Butenko bildirib ki, metapnevmovirus xəstəliyinin yayılması pandemiya təhlükəsi yaratmır.
Bizim.Media