ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının söndürülməsi üzrə işlər davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, zəifləyən küləklər vəziyyəti yaxşılaşdırmağa kömək edir və yanğınsöndürmə xidmətlərinə yanğınların söndürülməsində əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verir.
Qeyd edək ki, meşə yanğını yanvarın 7-də Los-Ancelesdə Santa-Monika və Malibu arasında yerləşən Pasifik-Paliseyds sahil rayonunda başlayıb. ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib. TMZ-nin məlumatına görə, aktrisa Peris Hiltonun evi tamamilə yanıb.Ümumilikdə 1000 bina yanğından zərər çəkib.
Bizim.Media