23 yaşlı rusiyalı turist Laura Pisarenko Türkiyədə itkin düşüb.
Bizim.Media xəbər verir ki, hadisə Yeni il ərəfəsində, dekabrın 30-da baş verib.
Qız ad gününü qeyd etmək üçün Rusiyanın Nalçik şəhərindən İstanbula gedib.
Daha sonra qız mülki və xarici rus pasportunu itirib və kömək üçün Rusiyanın ölkədəki Baş Konsulluğuna müraciət edib.
Qardaşı Vasili bildirib ki, Konsulluqda ona deportasiya olunacağını deyiblər, özü ilə heç bir şey aparmağa icazə verməyiblər və saxlayıblar.
Beş saat sonra isə Vasiliyə məlumat verilib ki, turist vizasının müddəti bitmədiyi üçün Lauranı buraxıblar. Bundan sonra o yoxa çıxıb.
Lauranın qohumları onun səhhətində problem olduğunu bildiriblər. Belə ki, qız yaddaş zəifliyindən əziyyət çəkir və o, qeyri-adekvat vəziyyətə düşə bilər.
Bizim.Media