Ukraynanın Zaporojye şəhərinin mərkəzinə endirilən avibombalar nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılıb.
Bizim.Media xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin Zaporojye vilayəti üzrə sədri Vahid Təhməzov AZƏRTAC-a açıqlamasında bildirib ki, əldə edilən ilkin məlumata görə, Zaporojye şəhərinin mərkəzinə endirilən aviabomba nəticəsində həlak olanlar və xəsarət alanlar arasında soydaşlarımız yoxdur.
“Zaporojye şəhərinin müvafiq qurumları ilə əlaqə saxlayırıq. Eyni zamanda, özüm hadisə yerində oldum, şəhərdə yaşayan azərbaycanlılarla da əlaqə saxlanılıb, hadisə zamanı onların partlayışlar baş verən ərazidə olmadıqları müəyyən edilib”, - deyə Vahid Təhməzov bildirib.
Onun sözlərinə görə, hazırda Zaporojyedə 200-ə yaxın azərbaycanlı yaşayır.
Qeyd edək ki, Zaporojye şəhərinin mərkəzinə endirilən aviabombalar nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb, 100-dən artıq insan isə xəsarət alıb. Baş verən faciə ilə bağlı bu gün Zaporojyedə matəm elan olunub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:00 / 09.01.2025
Zaporojyedə həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı varmı? - VİDEO
Hazırda oxunan: Zaporojyedə həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı varmı? - VİDEO
Hazırda oxunan: Zaporojyedə həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlı varmı? - VİDEO
229214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.