Baş nazir 30 nəfərlik toy etdi - Rəsmən TƏSDİQLƏNDİ - FOTO

Hazırda oxunan: Baş nazir 30 nəfərlik toy etdi - Rəsmən TƏSDİQLƏNDİ - FOTO

22921

İngiltərənin Baş naziri 56 yaşlı Boris Consonun 33 yaşlı nişanlısı Kerri Symondsla  toy mərasimi təşkil edib.

Bizim.Media xarici KİV-lərə istinadən bildirir ki, Baş nazirin sözçüsü məlumatı təsdiqləyib. 

Onun sözlərinə görə, bu gün cütlüklərin kiçik toy mərasimi keçirərək evləniblər. O həmçinin qeyd edib ki, cütlük 2022-ci ilin yayında ailəsi və yaxın dostları ilə birgə daha böyük mərasim keçirməyi planlaşdırır.

Məlumata görə, toyda iştirak edənlər son anda dəvət alıblar. Mərasimində az sayda kilsə nümayəndələri də daxil olmaqla, 30 nəfər iştirak edib.  

Xatırladaq ki, bu  B. Consonun üçüncü evliliyidir. Conson ikinci həyatı yoldaşından 2018-ci ilin sentyabr ayında boşanıb. Onun bu evlilikdən 4 uşağı var. Bundan əvvəlki evliliyi isə 6 il davam etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin