Los-Ancelesdəki meşə yanğınlarının arealı daha da genişlənməsi ilə əlaqədar rəsmilər 100 min nəfərin təxliyəsinə göstəriş verib.
Bizim.Media xəbər verir ki, təkcə “Hollywood” ətrafında 20 hektara yaxın meşə ərazisi tamamilə məhv olub.
Los-Ancelesin qərbində bu göstərici ümumilikdə 6406 hektara çatıb, mindən çox tikili məhv olub, o cümlədən bir çox məşhurun villası yanğınlardan zərər görüb.
Yanğınlar nəticəsində 5 nəfər ölüb, 1 milyon şəxs isə elektriksiz qalıb.
Los-Ancelesin Yağından Mühafizə Xidmətinin rəhbərti Antoni Marrone deyib ki, hadisə ilə əlaqədar Los-Anceles və ətraf ərazilərdəki məktəblərdə tədris qeyri-müəyyən müddətə dayandırılıb.
Qeyd edək ki, “Oskar” mükafatının keçiriləcəyi məkan da bu ərazidə yerləşdiyindən mərasim təxirə salınıb.
Bizim.Media