İsrail Müdafiə Qüvvələri (IDF) 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasının İsrailə hücumu zamanı girov götürdüyü bir nəfərin cəsədini Qəzza zolağında tapıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrail ordusu yayıb.
Mənbə qeyd edir ki, Yusif əz-Ziyadnın cəsədi Qəzza zolağının cənubunda, Rəfah şəhəri yaxınlığındakı tuneldə aşkar edilib.
Onun qətlə yetirildiyi iddia edilir. Ölən girovun oğlu Həmzə əl-Ziyadnın sağ olub-olmaması ilə bağlı suallar da üzə çıxıb.
İsrailin bir sıra KİV-ləri, eləcə də İsrailin xarici işlər naziri İsrael Katz Həmzə əz-Ziyadın cəsədinin də aşkar edildiyini yazıb.
IDF-nin rəsmi bəyanatında bu barədə heç bir məlumat verilmir.
Xatırladaq ki, HƏMAS yaraqlıları İsrailə hücum zamanı əl-Ziyad ailəsinin 4 üzvünü girov götürüblər. Onlardan ikisi oğlu və Yus adlı qızıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:49 / 09.01.2025
HƏMAS-ın oktyabrın 7-də girov götürdüyü şəxsin meyiti tapıldı - TƏFƏRRÜAT
Hazırda oxunan: HƏMAS-ın oktyabrın 7-də girov götürdüyü şəxsin meyiti tapıldı - TƏFƏRRÜAT
Hazırda oxunan: HƏMAS-ın oktyabrın 7-də girov götürdüyü şəxsin meyiti tapıldı - TƏFƏRRÜAT
229164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.