ABŞ prezidenti Cozef Bayden tüğyan edən kütləvi yanğınlar səbəbindən Kaliforniya ştatında böyük fəlakət rejimi elan edilməsi ilə bağlı bəyannamə imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Zərərçəkmişlər müvəqqəti mənzil və ev təmiri üçün qrantlar, sığortasız əmlaka dəyən zərərin ödənilməsi üçün kreditlər və digər proqramlar şəklində yardım ala biləcəklər.
Eyni zamanda Bayden Kaliforniyada azı 5 nəfərin ölümünə səbəb olan meşə yanğınları səbəbindən İtaliyaya səfərini ləğv edib.
Qeyd edək ki, Kaliforniyada tüğyan edən meşə yanğınları nəticəsində 1000-dən çox ev yanıb, 32 mindən çox insan isə təxliyyə edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:42 / 09.01.2025
SON DƏQİQƏ: Yanğınlara görə böyük fəlakət rejimi elan edildi - VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ: Yanğınlara görə böyük fəlakət rejimi elan edildi - VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ: Yanğınlara görə böyük fəlakət rejimi elan edildi - VİDEO
229163
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.