Daha bir təyyarə Aktauda məcburi eniş etdi

Hazırda oxunan: Daha bir təyyarə Aktauda məcburi eniş etdi

229104

“Almatı – Antalya” reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus təyyarə Aktau şəhərində məcburi eniş edib.

Bizim.Media “tengrinews.kz” saytına istinadən xəbər verir ki, hadisəyə səbəb mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq olub.

Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi də Rusiyada raketlərin hücumundan sonra zədələnərək Aktau hava limanının yaxınlığında torpaq sahəyə məcburi eniş edib. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin