Rusiyanın hərbi bazası Ermənistandan ÇIXARILIR?

Hazırda oxunan: Rusiyanın hərbi bazası Ermənistandan ÇIXARILIR?

229088

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədin erməni sərhədçiləri tərəfindən müstəqil mühafizəsinin mümkün olduğunu bildirib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə o, keçirilən mətbuat konfransında müvafiq sualı cavablandırarkən danışıb.

Mirzoyan qeyd edib ki, Rusiya sərhədçiləri həm Türkiyə və İranla sərhəddə, həm də “Zvartnots” aeroportunun keçid məntəqəsində müvəqqəti olaraq yerləşdirilib.

Onun sözlərinə görə, Ermənistan artıq Zvartnots hava limanında müstəqil şəkildə nəzarəti həyata keçirir, həmçinin İranla sərhəd-keçid məntəqəsini qoruyur:

"Türkiyəyə gəlincə, sərhəd açılsa, bu mövzu müzakirə olunacaq".


Mirzoyan Rusiya bazasının Ermənistan çıxarılması məsələsinə də toxunub və bunun hazırda gündəmdə olmadığını deyib.

Xatırladaq ki, 2024-cü il avqustun 1-dən Rusiya sərhədçiləri Zvartnots hava limanının sərhəd-keçid məntəqəsində xidmətini dayandırıb. 2024-cü il oktyabrın 8-də isə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Ermənistan-İran sərhədindəki keçid məntəqəsindən rusiyalı hərbçilərin çıxması barədə razılıq əldə olunub.


Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin