Suriyanın yeni lideri ilk xarici səfərini bu ölkəyə EDƏCƏK

Hazırda oxunan: Suriyanın yeni lideri ilk xarici səfərini bu ölkəyə EDƏCƏK

229071

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilk xarici səfərini Türkiyəyə edəcək.

Bizim.Media “Yeni Şafak”a istinadən xəbər verir ki, bu səfər ən qısa zamanda reallaşa bilər.

Nəşrin məlumatına görə, səfər yaxın günlərdə baş verməli idi, lakin proqramdakı dəyişikliklərlə əlaqədar təxirə salınıb. Səfər zamanı Əl-Şaraanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Qəzet yazır ki, Suriyanın yeni hakimiyyətinin lideri Suriya inqilabına verdiyi dəstəyə görə Ərdoğana təşəkkür etmək niyyətindədir.

Nəşr Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici nümayəndənin Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın olduğunu xatırladır. Onun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya paytaxtına səfər edib.

Səfərin ən mühüm gündəmi PKK/YPG terror təşkilatının Suriyada varlığıdır. Həm Türkiyə, həm də Suriya hakimiyyəti bölgənin terrordan təmizlənməsinə sadiqdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin