ÜST: "Metapnevmovirus yeni deyil və ciddi təhlükə yaratmır” – VİDEO

Hazırda oxunan: ÜST: "Metapnevmovirus yeni deyil və ciddi təhlükə yaratmır” – VİDEO

229038

“Çində yayılan hMPV metapnevmovirusu yeni deyil və ciddi təhlükə yaratmır”.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Marqaret Harris deyib.

O bildirib ki, virus çox aşağı ölüm nisbətinə malikdir və soyuqdəyməyə bənzər simptomlara səbəb olur.

“Xəstəlik ilk dəfə 2001-ci ildə aşkar edilib və o, insan populyasiyasında uzun müddətdir ki, mövcuddur. Virusun simptomları soyuqdəyməyə bənzəyir və çox aşağı ölüm nisbətinə malikdir”.

Xatırladaq ki, hazırda Çində sözügedən virusa yoluxma halları artmaqdadır. Metapnevmovirusa daha çox 14 yaşa qədər uşaqlar və 60 yaşdan yuxarı şəxslərdə rast gəlinir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin