80 mindən çox miqrant Rusiyadan zorla QOVULDU

Hazırda oxunan: 80 mindən çox miqrant Rusiyadan zorla QOVULDU

229035

2024-cü ildə miqrasiya qaydalarını pozduğuna görə 80 mindən çox miqrant Rusiyadan zorla qovulub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federal Məhkəmə İcraçıları Xidməti yayıb.

Mənbə qeyd edir ki, 2023-cü il ərzində isə 44,2 mindən çox xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiyadan çıxarılıb. 2022-ci ildə bu rəqəm 26,6 min təşkil edib.

Rusiya Federasiyasının baş məhkəmə icraçısı Dmitri Aristov mövzuya münasibət bildirib.

Onun sözlərinə görə, 2017-2022-ci illər ərzində miqrasiya və əmək qanunlarını pozduğuna görə 200 minə yaxın miqrant Rusiyadan çıxarılıb.

Qeyd edək ki, 2024-cü ildə Moskva və Moskva vilayətindən 23 min miqrant qovulub. Onlar inzibati xəta törətməkdə təqsirli biliniblər.

Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə əsasən həmin şəxslər növbəti beş il ərzində Rusiya ərazisinə qayıda bilməzlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin