Bu kənddə sakinlərin xəstələnməsi QADAĞAN EDİLDİ - FOTO

Hazırda oxunan: Bu kənddə sakinlərin xəstələnməsi QADAĞAN EDİLDİ - FOTO

229030

İtaliyanın Belcastro kəndi sakinlərinə ağır xəstələnməyi qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə BBC yerli mer Antonio Torçianın verdiyi fərmana istinadən məlumat yayıb.

Məlumata görə, Belcastroda yaşayan insanlara təcili tibbi yardım tələb edə biləcək hər hansı bir xəstəliyə tutulmamaq əmri verilib.

Fərmana əsasən, sakinlərə zərərli ola biləcək hərəkətlərə yol verməmək və məişət qəzalarından qaçmaq, evdən tez-tez çölə çıxmamaq, səyahət etmək və idmanla məşğul olmamaq, əvəzində istirahət etmək tapşırılıb.

Torçia bu addımın "açıq-aydın yumoristik bir təxribat" olduğunu, lakin bunun yerli səhiyyə sisteminin çatışmazlıqlarını vurğulamaq üçün regional hakimiyyətlərə göndərdiyi təcili bildirişlərdən daha çox təsir etdiyini söyləyib.

Bu yeni qaydaların necə tətbiq ediləcəyi bəlli deyil.

Məlumat üçün bildirək ki, Belcastro İtaliyanın ən yoxsul əyalətlərindən sayılan Kalabriyanın cənub bölgəsində yerləşir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin