Cənubi Koreyada prezident barədə yenidən həbs qərarı çıxarıldı

Hazırda oxunan: Cənubi Koreyada prezident barədə yenidən həbs qərarı çıxarıldı

228915

Cənubi Koreya məhkəməsi yenidən ölkənin prezidenti Yun Sok Yol barədə həbs qətimkan tədbiri seçib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya qarşı İstintaq İdarəsi məlumat yayıb.
 

“Yanvarın 7-də nazirliyin şübhəli şəxs Yuna qarşı təkrar qaldırdığı vəsatət əsasında həbs orderi verilib”, - deyə nazirlikdən bildiriblər.


Günün əvvəlində idarənin nümayəndələri Seulun Qərb dair məhkəməsinə “həbs orderinin müddətinin uzadılması məqsədilə” vəsatət qaldırmışdı.

Xatırladaq ki, Cənubi koreyalı liderin həbsinə dair öncəki order dekabrın 31-də verilib, lakin müddət yanvarın 6-da bitsə də, bu vaxta qədər icra olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin