ABŞ-da iki məhbus Baydenin əfv fərmanından imtina etdi - SƏBƏB

Hazırda oxunan: ABŞ-da iki məhbus Baydenin əfv fərmanından imtina etdi - SƏBƏB

228914

ABŞ-da iki məhbus federal məhkəmədən onların edam hökmlərini ləğv etməməyi xahiş edib.

Bizim.Media xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
 

Xatırladaq ki, 2024-cü ilin sonunda ABŞ prezidenti Co Bayden ölüm hökmü verilən 40 məhbusdan 37-nin cəzasını ömürlük həbslə əvəz etmişdi.


Lakin əfv olunanlardan ikisi - İndiana ştatında cəza çəkən Şennon Aqofski və Len Devis prezidentin əfv fərmanından narazı qalıb.

Onların fikrincə, cəzalarının ömürlük həbslə əvəz edilməsi verəcəkləri apellyasiya şikayətinə mane olacaq. Çünki məhbuslar cinayətlərdə özlərini təqsirli hesab etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin