Fransa Səhiyyə Nazirliyi meymun çiçəyi "clade 1b"nin yeni ştammı ilə ölkədə ilk yoluxma hadisəsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Frans-Presse” agentliyi məlumat yayıb.
"Fransa Əmək və Səhiyyə Nazirliyi Bretan bölgəsində ölkədə meymun çiçəyinin "clade 1b" variantı ilə insanda ilk yoluxma hadisəsi haqqında məlumat əldə edib", - materialda deyilir.
Nazirliyin məlumatına görə, ilk yoluxmuş fransız Mərkəzi Afrikaya getməyib, lakin oradan qayıdan iki nəfərlə əlaqə saxlayıb. Hazırda infeksiya mənbəyinin müəyyən edilməsi və onlarla təmasda olanların hamısının tapılması istiqamətində araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:44 / 07.01.2025
Fransada meymun çiçəyinin yeni ştamına ilk yoluxma QEYDƏ ALINDI
Hazırda oxunan: Fransada meymun çiçəyinin yeni ştamına ilk yoluxma QEYDƏ ALINDI
Hazırda oxunan: Fransada meymun çiçəyinin yeni ştamına ilk yoluxma QEYDƏ ALINDI
228861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.