Türkiyənin 17 vilayətində terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 65 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, yanvarın 3-də Türkiyə polisinin həftə ərzində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinərək 42 nəfəri saxladığı bildirilib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir ildə respublikada 3 mindən çox insan İŞİD-lə əlaqədə şübhəli bilinərək tutulub.
Bizim.Media