“Oleq Bakinski”yə əlavə ittiham irəli sürüldü - DETALLAR

Hazırda oxunan: “Oleq Bakinski”yə əlavə ittiham irəli sürüldü - DETALLAR

228656

Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (“Oleq Bakinski”) hakim qarşısına çıxarılır.

Bizim.Media  xəbər verir ki, iş üzrə ibtidai araşdırma artıq tamamlanıb.
 

Bakinskiyə yekun olaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. 


Bakinski xuliqanlıq cinayətinə görə ikinci şəxslə birgə mühakimə ediləcək. Həmin şəxs Ukrayna vətəndaşı Kuçer Konstantin Antonoviçdir. O da hazırda həbsdədir. 

Cinayət işi üzrə Zaxarenkov Valeriy Nilolayeviç, “Avıazapchast” ASC və "Promyshlenye Postavkı Kazakhstan” MMC zərərçəkmiş qismində tanınıb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Oleq Bakinskinin təqsiri sübuta yetirilərsə, 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, Oleq Krapivin ötən ilin avqustunda Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. 

Yeri gəlmişkən, Ukraynaya girişi qadağan edilən Oleq Bakinski bir müddətdir Bakıda yaşayırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin