Ukrayna münaqişəni həll etməyə hazırdır, lakin bir şərtlə ki, NATO Kiyevin nəzarətində olan ərazilərinə zəmanət versin.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 5-də danışıb.
"NATO Ukraynanın nəzarətində olan hissəsində fəaliyyət göstərə bilər. Əgər atəşkəsdən danışırıqsa, o zaman bizə nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik zəmanətləri verilməlidir". O, amerikalı jurnalist Lex Friedmana müsahibəsində belə deyib.
Zelenski əlavə edib ki, münaqişə ilə bağlı hər hansı saziş bağlanarkən, Ukraynanın dövlət təhlükəsizliyinə əlavə təminatlar verilməlidir.
Ukrayna prezidenti həmçinin müsahibəsində bildirib ki, Kiyev yanvarın sonunda ABŞ və Avropa ölkələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmağa hazırdır.
Bizim.Media