İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin cənub-qərbində keçmiş Suriya ordusuna məxsus silah anbarlarına raket zərbələri endirib.
Bizim.Media "Al Hadath" telekanalına istinadən xəbər verir ki, Əl-Kisvanın kənarında güclü partlayış səsləri eşidilib.
Tələfat və maddi zərər barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 4-də Latakiya yaxınlığındakı hərbi obyektlər İsrailin bombardmanlarına məruz qalıb. Yanvarın 3-də isə Hələb yaxınlığındakı Safira bölgəsindəki müdafiə müəssisələri və sursat anbarlarına, eləcə də Əs-Suveyda əyalətindəki Xalxal hərbi aerodromuna havadan reydlər həyata keçirilib.
Bizim.Media