Türkiyənin şərqində yerləşən Qars vilayətində Sarıqamış döyüşü qəhrəmanlarının xatirəsinə həsr olunmuş ənənəvi yürüş keçirilib.
Bizim.Media xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrindən minlərlə insan şiddətli şaxtalara baxmayaraq, 110 il əvvəl baş vermiş tarixi döyüş yerinə toplaşıb.
Yürüş iştirakçıları əllərində Türkiyə bayraqları mənfi 15 dərəcə soyuqda “Sizin ayaq iziniz bu torpaqlarda qalır” şüarı ilə Allahuəkbər dağ silsiləsindən Qızılbuçuk yüksəkliyinə qədər 4,5 km məsafəni qət ediblər.
Aksiyada gənclər və idman naziri Osman Aşkın Bak, milli müdafiə naziri Yaşar Güler, parlament, siyasi partiyaların nümayəndələri, Qars valisi Ziya Polat, hərbçilər, Türkiyənin müxtəlif bölgələrindən gələn sadə insanlar iştirak ediblər.
Sarıqamış döyüşü iştirakçılarının xatirəsinə dualar oxunub.
Xatırladaq ki, Birinci Dünya müharibəsi dövründə Ənvər Paşanın komandanlığı ilə Osmanlı ordusu Şərqi Anadolunun rus ordusu tərəfindən ələ keçirdiyi əraziləri azad etmək üçün hücuma keçib. Döyüş bölgəsində minlərlə Türkiyə övladı soyuqdan donaraq həlak olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:34 / 05.01.2025
Türkiyə Sarıqamış qəhrəmanlarının xatirəsini ehtiramla anır - FOTO
Hazırda oxunan: Türkiyə Sarıqamış qəhrəmanlarının xatirəsini ehtiramla anır - FOTO
Hazırda oxunan: Türkiyə Sarıqamış qəhrəmanlarının xatirəsini ehtiramla anır - FOTO
228566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.