Kazan hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırdı

Hazırda oxunan: Kazan hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırdı

228519

Tatarıstanın paytaxtı Kazan şəhərinin hava limanında “Xalça” rejimi elan edilib, aeroport müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

Bizim.Media xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako Telegram kanalında yazıb.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarında Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin