ABŞ Ukraynanı müharibə başlamazdan xeyli əvvəl silahla təmin edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “The New York Times” qəzetinə müsahibəsində bildirib.
“Münaqişənin inkişafını qabaqcadan görə bildiyimiz üçün əmin ola bildik ki, təkcə biz, müttəfiqlərimiz və tərəfdaşlarımız deyil, həm də Ukrayna hazırdır.
Biz buna əmin olduq və Rusiyanın təcavüzü başlamazdan xeyli əvvəl, sentyabrda, sonra isə dekabrda sakitcə Ukraynanı böyük miqdarda silahla təmin etdik ki, onların özlərini müdafiə etmək üçün lazım olan hər şeyə sahib olduqlarına əmin olsunlar. Bu silahlar Rusiyanın Kiyevi ələ keçirməsinin, ölkəni ələ keçirməsinin qarşısını almaqda mühüm rol oynayır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:35 / 04.01.2025
“ABŞ Ukraynanı müharibədən çox əvvəl silahla təmin edib” - Blinken
Hazırda oxunan: “ABŞ Ukraynanı müharibədən çox əvvəl silahla təmin edib” - Blinken
Hazırda oxunan: “ABŞ Ukraynanı müharibədən çox əvvəl silahla təmin edib” - Blinken
228473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.