Rusiyanın Praqadakı səfirliyinin 54 əməkdaşı Çex Respublikasını tərk edib.
Bizim.Media "TASS" a istinadla xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat katibi Nikolay Bryakin məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
90 Rusiya vətəndaşı Çex Respublikasının Moskvadakı səfirliyindən qovulacaq
Onun sözlərinə görə, səfirliyin 54 işçisi ailə üzvləri ilə birlikdə xüsusi təyyarə vasitəsi ilə Rusiyaya yola düşüb.
Diplomatik nümayəndəliyin ikinci qrup işçisi və onların ailə üzvləri 31 may, bazar ertəsi günortadan sonra Çexiyanı tərk edəcəklər.
Bizim.Media