Şolts onu “axmaq” adlandıran Maskın CAVABINI VERDİ

Hazırda oxunan: Şolts onu “axmaq” adlandıran Maskın CAVABINI VERDİ

228455

Amerikalı milyarder İlon Mask “X” səhifəsində Almaniya kansleri Olaf Şoltsun “axmaq”, prezident Frank-Valter Ştaynmayerin isə “antidemokratik tiran” olduğunu yazıb.

Bizim.Media xəbər verir ki, Şolts Maska cavab verib.

“Federal prezident anti-demokratik tiran deyil, Almaniya isə güclü və sabit demokratiyadır. Mask nə istəsə deyə bilər”, - kansler Maskın mesajına cavab olaraq deyib.

Kansler əlavə edib ki, Maskı ofisə dəvət etməyəcək, çünki onun lütfünü axtarmağı lazım bilməyib və həmçinin “trollara yem verməyin” qaydasını xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin