Rusiya miqrantların rəqəmsal profilini formalaşdırmağa başlayır

Hazırda oxunan: Rusiya miqrantların rəqəmsal profilini formalaşdırmağa başlayır

228440

Rusiyaya daxil olan miqrantların statusunun monitorinqini asanlaşdırmaq üçün 30 iyun 2025-ci il tarixindən etibarən onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil formalaşdırılacaq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin müvafiq fərmanında deyilir.

Belə ki, iyunun 30-dan etibarən əcnəbi vətəndaşlar Rusiyaya istənilən keçid məntəqəsindən daxil olarkən barmaq izlərini və fotoşəkilini təqdim etməli olacaqlar. Bu məlumat həm də rəqəmsal profilin əsasını təşkil edəcək.

Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, əcnəbilər istədikləri təqdirdə RuID tətbiqindən istifadə edərək özləri rəqəmsal profil yarada biləcəklər. Bu, eksperiment çərçivəsində hazırlanacaq əcnəbilər üçün dövlət xidmətlərinin analoqudur. Rusiyaya səfər edən şəxs özü barədə məlumat verərək, həm də ölkədə müəyyən xidmətlərdən, məsələn tibbi sığortadan yararlanmaq imkanı qazanacaq.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiyada akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına şamil edilməyəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin