ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə bu şəxs rəhbərlik edəcək

Hazırda oxunan: ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə bu şəxs rəhbərlik edəcək

228427

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Fox News” telekanalının jurnalisti Temmi Bryusun Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri olacağını bildirib.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Tramp bu barədə “Truth” sosial səhifəsində yazıb.

“Temmi Bryusun dövlət katibliyinə namizəd Marko Rubionun, Dövlət Departamentinin mətbuat katibi vəzifəsinə qoşulacağını elan etməkdən şərəf duyuram”, - Tramp qeyd edib.

O bildirib ki, Temmi çox uzun müddətdir ki, mediada işləyir və iyirmi ildən artıqdır ki, Amerika vətəndaşlarına həqiqəti çatdırır. “Əminəm ki, o, eyni inam gücünü və qorxmaz ruhunu yeni roluna gətirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin