Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci ildə keçiriləcək prezident seçkiləri zamanı hərbi güc tətbiqinin mümkünlüyünü açıqlayıb.
Bizim.Media “Belta”ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə qubernatorlarla görüşdə danışıb.
“Lazım olanda polis, lazım olanda hərbçilər də seçki prosesində iştirak edə bilər ki, nizam-intizam olsun”, - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarusda seçki komissiyalarının üzvlərinə kənardan təzyiq göstərmək cəhdləri var.
“Seçki məntəqələrində seçki komissiyalarına kömək edin. Çünki bu əclaflar (xarici opponentləri nəzərdə tutur – red.) artıq bizim komissiya üzvlərinə, xüsusən də rəhbərliyə təzyiq göstərirlər”, - Lukaşenko bildirib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçiriləcək.
Bizim.Media