“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası indiyə qədər verdiyi mesajlarda Ukrayna ilə bağlı Rusiya Federasiyasına “maraqlı heç nə təklif etməyib”.
Bizim.Media xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Biz tez-tez “münaqişənin dondurulması” sözünü eşidirik. Prezident Putin sonuncu dəfə dekabrın 19-da hansı şərtlərlə danışıqlara hazır olduğumuzu açıq və aydın şəkildə söylədi. Amma hələ ki, Amerikanın yeni administrasiyasının açıqlamalarında heç bir detal bizim üçün maraqlı olmayıb”, - deyə rusiyalı diplomat bildirib.
Nebenzya əlavə edib ki, son vaxtlar Ukrayna tərəfdən də razılaşma ilə bağlı “müəyyən siqnallar” gəlir.
“Məsələ burasındadır ki, Zelenski danışıqlar masasına oturmaq istəyəndə, təmas xəttində vəziyyət necə olacaq? Onlar nə qədər irəli getsələr, Zelenski üçün bir o qədər pis şərait yaranacaq”, - Nebenzya əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:30 / 03.01.2025
Trampın komandası Rusiyaya sülhlə bağlı nə TƏKLİF EDİB?
Hazırda oxunan: Trampın komandası Rusiyaya sülhlə bağlı nə TƏKLİF EDİB?
Hazırda oxunan: Trampın komandası Rusiyaya sülhlə bağlı nə TƏKLİF EDİB?
228316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.