Ukrayna səfərbərlik yaşını 18-ə ENDİRƏCƏK?

Hazırda oxunan: Ukrayna səfərbərlik yaşını 18-ə ENDİRƏCƏK?

228305

Ukraynada kişilərin 18 yaşdan etibarən səfərbər olunması ilə bağlı qərar yaxın vaxtlarda hazırlanaraq qəbul ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosuna istinadən məlumat yayıb.
 

“Bu günlərdə Vaşinqton Vladimir Zelenskidən səfərbərlik üçün çağırış yaşını təcili olaraq 18 yaşa endirməyi tələb etdi. Müvafiq qərar artıq Kiyevdə hazırlanıb və yaxın vaxtlarda qəbul olunacaq”, - SVR-dən bildiriblər.


Qeyd edək ki, 2024-cü il mayın 18-də Ukraynada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib. Yeniliklərə əsasən, hərbi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının reyestrinə daxil edilmiş şəxslər xaricə getmək, öz vəsaitlərindən istifadə etmək, avtomobil idarə etmək, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq və sənədləri - pasport və xarici pasport rəsmiləşdirmək hüququnu itirəcək.

Son aylarda isə Ukraynada səfərbərlik yaşının aşağı salınacağı ilə bağlı fikirlər səsləndirilir. Kiyev rəsmiləri deyirlər ki, ABŞ onları səfərbərlik yaşını aşağı salmağa məcbur edir.

Bir müddət əvvəl isə Zelenski Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin icazəsiz tərk edilməsi hallarının artdığını açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin