ABŞ-da terror aktını törədən şəxs ötən yay İŞİD-ə qoşulub

Hazırda oxunan: ABŞ-da terror aktını törədən şəxs ötən yay İŞİD-ə qoşulub

228258

“Nyu-Orleanda terror aktını təşkil edən və həyata keçirən şəxs 2024-cü ilin yayında İŞİD-ə qoşulub”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktorunun köməkçisinin müavini Kristofer Raya mətbuat konfransında açıqlayıb.
 

Onun sözlərinə görə, həmin şəxs hücum zamanı tək hərəkət edib.


Xatırladaq ki, yanvarın 1-də Nyu-Orleanda sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində 15 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb. FTB hücumu terror aktı adlandırıb və hadisəni törədən şəxsin zərərsizləşdirildiyini bildirib.

“NBC News” daha sonradan hadisəni törədən şəxsin 42 yaşlı Şamsud Din Cabbar olduğunu yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin