Suriyanın devrilmiş keçmiş prezidenti Bəşər Əsədi Moskvada zəhərləməyə cəhd ediblər.
Bizim.Media xəbər verir ki, bir sıra xarici nəşrlərin ardınca “Bloknot Rossiya” da bu barədə məqalə dərc edib.
Məlumata görə, Əsədin vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.
“Hələlik cinayətin siyasi olub-olmadığı, yoxsa ailədəki münaqişə ilə bağlılığı məlum deyil: arvadı boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - məlumatda deyilir.
Suriyanın keçmiş başçısını zəhərləmək istədikləri zəhər hələ təsbit edilməyib. Onun nəfəs almaqda çətinlik çəkdiyi və huşunu itirdiyi məlum olub. Bu xəbər Əsədin həyat yoldaşı Əsmanın boşanmaq istəməsi ilə bağlı şayiələr fonunda yayılıb.
İndiyədək eks-prezidenti siyasi rəqiblərdən tutmuş ailə üzvlərinə qədər kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.
Bizim.Media