Mərakeşdə son 50 ilin ilk qarı – FOTO/VİDEO

Hazırda oxunan: Mərakeşdə son 50 ilin ilk qarı – FOTO/VİDEO

228208

Mərakeşdə son 50 ildə ilk dəfə qar yağıb.

Bizim.Media xəbər verir ki, bu barədə Maghreb Arabic Press nəşri məlumat yayıb.

Mərakeşin Milli Meteorologiya Mərkəzi səhra ərazisi üçün qeyri-adi hava şəraitini Şimali Avropadan əhəmiyyətli dərəcədə soyuq hava axını ilə əlaqələndirib.

Qar yağışı ölkənin cənub və cənub-şərqində yerləşən bir neçə əyaləti Azilal, Beni Mellal, İfrane, Midelt, Taroudant, Tinghir, Ouarzazat və Əl-Hauzu əhatə edib.

Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 35-40 santimetrə çatıb. Dağlıq ərazilərdə bəzi yerlərdə havanın temperaturu -5 dərəcəyədək enib.

Telekanalın məlumatına görə, bir çox yerli mərakeşli snoubord və xizək sürmək üçün Mərakeşdən avtomobillə bir saatlıq məsafədə yerləşən Oukaimdene dağ kurortuna gədiblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin