İranda vəziyyət AĞIRLAŞIR – Etirazlar yenidən ALOVLANA BİLƏR – ÖZƏL

Hazırda oxunan: İranda vəziyyət AĞIRLAŞIR – Etirazlar yenidən ALOVLANA BİLƏR – ÖZƏL

228190

İranda dizel yanacağının qiyməti bahalaşıb. Belə ki, bu ilin yayında dizel yanacağının litri 12 min tümən olduğu halda, hazırda 17 min tümənə çatıb.

Sözügedən bahalaşma iranlılar tərəfindən birmənalı qarşılanmayıb. Mövzunu Bizim.Media-ya şərh edən iranlı siyasi şərhçi Əhməd Həbiboğlu bildirib ki, enerji qiymətlərində bahalaşma bir çox problemləri də özü ilə gətirəcək.

“Enerji qiymətlərinin artımı, xüsusilə neft və təbii qaz kimi fosil yanacaqların iqtisadi və sosial sistemin əsasını təşkil etdiyi ölkələrdə əhəmiyyətli təsirlər yaradır. İran kimi enerji sektoru mərkəzli bir iqtisadiyyatda mazut və benzin qiymətlərinin yüksəlməsi, iqtisadi, sosial və siyasi səviyyədə bir sıra müsbət və mənfi nəticələr doğura bilər. Bu kontekstdə, İrandakı qiymət artımlarını analiz edərkən, bu artımın fərqli tərəflərini nəzərdən keçirmək lazımdır. Dizel və benzin qiymətlərinin artırılması, enerji subsidiyalarının azaldılması deməkdir və bu, dövlət büdcəsinə birbaşa dəstək verir”.

Politoloq hesab edir ki, bahalaşma insanların etirazı ilə müşayiət edilə bilər.

“Enerji qiymətlərindəki artım, xüsusilə aşağı gəlirli təbəqələr üçün ciddi iqtisadi yük yarada bilər.

İranda keçmişdə benzin qiymətlərinin artması ilə genişmiqyaslı etirazların başlaması təcrübəsi buna nümunədir. Əsas ehtiyac məhsullarını əldə etməkdə çətinliklər, sosial narazılıqları artıran başlıca faktorlardan biridir.

Dizel qiymətlərindəki artım, nəqliyyat və əsas ərzaq məhsullarının xərclərini artıraraq oxşar reaksiyalara səbəb ola bilər. Enerji qiymətlərindəki artımlar istehsal sektorunda xərcləri yüksəldə və dolayı yolla inflyasiyanı artıraraq iqtisadi böyüməni mənfi təsirləndirə bilər. İranda sənaye və kənd təsərrüfatı sektorlarının mazuta bağlı olduğu bir iqtisadiyyatda bu vəziyyət iqtisadi inkişaf üzərində ciddi təzyiq yarada bilər”.

Bu kimi addımlar həm də əhalinin qeyri-qanuni addımlar atmağa təşviq edir.

“Bundan əlavə, enerji qiymətlərindəki artım qaçaq dizel və benzin ticarətini təşviq edə bilər. İran, enerji məhsullarının qonşu ölkələrə qaçaq yollarla daşındığı bir bölgə kimi tanınır. Qiymətlərin artması bu problemi daha da dərinləşdirə və dövlətin enerji gəlirlərini azalda bilər. Mazut və benzin qiymətlərindəki artımın aşağı gəlirli təbəqələrin gəlir-xərc balansını pozaraq sosial bərabərsizliyi daha da artırması mümkündür. Bu təsirləri azaltmaq üçün aşağı gəlirli təbəqələrə birbaşa nağd yardımlar edilə bilər. Enerji subsidiyalarının aradan qaldırıldığı hallarda sosial yardım proqramları balanslaşdırıcı bir vasitə kimi təsirli ola bilər”, - deyə Ə.Həbiboğlu əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin