Tramp ABŞ-dakı silahlı hücuma görə Bayden administrasiyasını günahlandırıb

Hazırda oxunan: Tramp ABŞ-dakı silahlı hücuma görə Bayden administrasiyasını günahlandırıb

228137

“Mən ölkəmizə gələn cinayətkarların burada olan cinayətkarlardan dəfələrlə pis olduğunu deyəndə bu bəyanat Demokratlar və saxta xəbərlər mediası tərəfindən daim təkzib edildi, lakin bunun həqiqət olduğu ortaya çıxdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yeni Orleanda baş vermiş hücumla bağlı deyərək, hadisədə Prezident Cozef Baydenin dövründə ölkədə qanunsuz miqrasiya siyasətini günahlandırb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da sürücü yük maşınını izdihamın üzərinə sürdü: Ölənlər və yaralılar var – VİDEO


“Ölkəmizdə cinayət dərəcəsi indiyədək görünməmiş səviyyədədir. Ürəyimiz bütün günahsız qurbanlar və onların yaxınları, o cümlədən Yeni Orlean polisinin cəsur zabitlərinin yanındadır.

Tramp administrasiyası bu qəddarlıq aktından sonrakı bərpa prosesində və hadisənin araşdırılmasında Yeni Orlean şəhərinin rəhbərliyini tam dəstəkləyəcək”, - deyə yeni prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin