Türkiyənin İstanbul şəhərində Fələstinə dəstək məqsədilə keçirilən yürüşü 450 mindən çox adam qatılıb.
Bizim.Media "Habertürk"-ə istinadən xəbər verir ki, yürüşdə 400-ə yaxın ictimai təşkilat üzvünün iştirak etdiyi açıqlanıb.
Minlərlə insan Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyə və Eminönü məscidlərində sübh namazı qıldıqdan sonra "Dünən Ayasofya, bu gün Əməvi, sabah Əl-Əqsa məscidi" tipli şüarlar səsləndirərək Qalata körpüsünə doğru hərəkət edib.
Vəziyyətlə əlaqədar yürüşün təşkil olunduğu bölgədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bizim.Media