Bu ölkədə çadra və niqab geyinmək bu gündən qadağandır

Hazırda oxunan: Bu ölkədə çadra və niqab geyinmək bu gündən qadağandır

228101

İsveçrə hakimiyyəti 2025-ci il yanvarın 1-dən ictimai yerlərdə üzü tamamilə gizlədən paltar və qarderob əşyalarının, o cümlədən çadra və niqabın geyinilməsini qadağan edib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, qadağanın pozulmasına görə 100-dən min İsveçrə frankına qədər - 110,2-dən 1102 ABŞ dollarına qədər cərimə nəzərdə tutulur.

İsveçrə əhalisi 2021-ci ilin martında keçirilən referendumda müvafiq təşəbbüsə səs verib.

Həmin vaxt sorğuda iştirak edənlərin 51,2 faizi qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sent-Qallen və Tiçino kantonlarında regional səviyyədə tətbiq edilirdi.

“Qadağa müsəlman möminlərin niqab və çadra kimi geyimlərinə, eləcə də futbol azarkeşlərinin geyindiyi balaclavalara təsir edəcək. Amma Üüzü örtən paltarları ibadət yerlərində, karnavallarda və ya soyuqdan qorunmaq üçün geyinmək olar”, - tələblərin təsvirində deyilir.
 

İsveçrə prezidenti Karin Keller-Zutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir hissəsinə təsir edəcək. Bunlardan, siyasətçinin qeyd etdiyi kimi, təxminən 20-30 qadın niqab taxır.


Qadağanın tətbiqi ilə İsveçrə artıq oxşar qaydaların mövcud olduğu Avropa ölkələri siyahısına qoşulub. Bunlara Avstriya, Belçika, Bolqarıstan, Danimarka və Hollandiya daxildir. Fransa ilk dəfə 2011-ci ildə üz örtüyü taxmağa qadağa qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin