Xarkov vilayətindən 11 minə yaxın insan təxliyə edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Kupyansk və regionun digər yaşayış məntəqələrindən 11 minə yaxın insanın təxliyə edildiyini açıqlayıb.
“Evakuasiya tədbirləri davam edir... Son bir neçə ayda Kupyanski istiqamətindən demək olar ki, 6500, Borovskidən isə 4500 nəfər təxliyə edilib”.
Sinequbovun sözlərinə görə, ilk növbədə uşaqlı ailələr evakuasiya edilir.
Bundan əvvəl Zaporojye vilayətinin Malaya Tokmaçka kəndinə nəzarət edən Ukrayna hakimiyyəti məcburi evakuasiyaya başladığını elan edib.
Bizim.Media