Bu ölkədə ölüm hökmü LƏĞV EDİLDİ

Hazırda oxunan: Bu ölkədə ölüm hökmü LƏĞV EDİLDİ

228070

Zimbabvedə ölüm hökmü ləğv edilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib.

Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.

Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.

2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin