Daha bir ölkədə elektron siqaretlər QADAĞAN EDİLİR

Hazırda oxunan: Daha bir ölkədə elektron siqaretlər QADAĞAN EDİLİR

228001

Belçika birdəfəlik elektron siqaretlərin satışına qadağa qoyan ilk Aİ ölkəsi olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Financal Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, sözügedən qərar çərşənbə günü ölkə hakimiyyəti tərəfindən veriləcək. Qərar gənclər arasında elektron siqaretlərə artan tələbatın qarşısını almaqda kömək etmək məqsədi daşıyır.
 

Bundan əlavə, Böyük Britaniya, Fransa və Almaniya oxşar qərar qəbul etməyi planlaşdırır. Lakin ekspertlər bu cür tədbirlərin istehlakçıların “qanunsuz məhsullara” keçməsinə səbəb ola biləcəyindən ehtiyat edirlər.


Xatırladaq ki, ötən ay Qırğızıstanda da elektron siqaretləri qadağan edən qanun qəbul olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin