Colani: “Suriya İranla əlaqələrini kəsə bilməz”

Hazırda oxunan: Colani: “Suriya İranla əlaqələrini kəsə bilməz”

227997

“Suriyanın yeni hökuməti İran da daxil olmaqla, böyük ölkələrlə əlaqələrini kəsə bilməz”.

Bizim.Media “İSNA”ya istinadən xəbər verir ki, bu sözləri Təhrir əş-Şam lideri Məhəmməd Əbu əl-Colani bildirib.
 

“Suriya İran kimi böyük bir ölkə ilə əlaqələri kəsə bilməz, ancaq Dəməşq və Tehran arasında münasibətlər diplomatik prinsiplərə, iki ölkənin suverenliyinə qarşılıqlı hörmətə və daxili işlərə qarışmamağa əsaslanmalıdır”, - deyə əl-Colani vurğulayıb. 


Suriyanın yeni hökumətinin rəhbəri qeyd edib ki, İranın regiondakı rolu anlaşılan olmalıdır. Eyni zamanda, o, bildirib ki, Suriya indiki mərhələ Tehrandan öz siyasətinə yenidən baxmasını istəyir.

Qeyd edək ki, İran İslam Respublikası Suriyanın devrilmiş lideri Bəşər Əsədi dəstəkləyirdi.

Buna görə də, Əsədin hakimiyyətdən devrilməsindən sonra yeni keçid hökumətinə qarşı rəsmi Tehrandan bir sıra təhdid mesajları səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin