Berlində bir nəfər yoldan keçənlərə bıçaqla hücum edib.
Bizim.Media “Bild” nəşrinə istinadə xəbər verir ki, sözügedən şəxs özünü son dərəcə aqressiv aparıb, yoldan keçənləri fərq qoymadan bıçaqlayıb.
Hücum nəticəsində bir neçə nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Hücum edən şəxsin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
İlkin məlumata görə, sözügedən hücumun islamçı və ya terror xarakteri daşıdığını göstərən heç bir dəlil yoxdur.
Berlin hakimiyyət orqanları dövlət təhlükəsizlik departamentinin iştirakı ilə təhqiqatları davam etdirir.
Bizim.Media