Fransa aviasiyası Suriyada İslam Dövləti terror qruplaşmasının hədəflərinə silsilə zərbələr endirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu məlumat verib.
Bəşər Əsəd rejiminin süqutundan sonra Fransa hakimiyyəti Suriya ilə diplomatik təmasların bərpası barədə açıqlamalar verməyə başlayıb. Bundan əlavə, Fransa rəsmi nümayəndələrini Suriyaya göndərib.
Fransa diplomatik missiyasının məqsədlərinin ölkədə “nüfuzun bərpası”, yeni hakimiyyətlə “ilkin əlaqələrin qurulması” və “əhalinin təcili humanitar ehtiyaclarının qiymətləndirilməsi” olduğu qeyd edilib.
Bizim.Media