31 dekabrda elan edilən İSTEFA – Yeltsinin hakimiyyətdən gedişi ilə bağlı YENİ DETALLAR

Hazırda oxunan: 31 dekabrda elan edilən İSTEFA – Yeltsinin hakimiyyətdən gedişi ilə bağlı YENİ DETALLAR

227990

Boris Yeltsinin Rusiya prezidenti vəzifəsindən istefa məktubunun hazırlanması ciddi şəkildə məxfiləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Boris Yeltsinlə 10 il birlikdə çalışmış fotojurnalist Yuri Feklistov məlumat verib. 

“Bu, əmiliyyat məlumat sızmalarının qarşısını almaq üçün çox gizli şəkildə təşkil olunmuşdu. Adətən Yeni il müraciəti əvvəlcədən, iki-üç gün öncə Kremldə qeydə alınırdı. İşıqlar, yolka, ağır texnika nümayiş etdirilir, daha sonra müraciət səsləndirilirdi. Həmin gün isə müraciət gündüz saatlarından hazır idi”. 

Agentliyin məlumatına görə, jurnalist Yeltsinin qərarının onun üçün sürpriz olduğunu etiraf edib. O bildirib ki, istefa qərarı Yeni il qabağı elan edilib. 

Feklistov əlavə edib ki, istefadan sonra Yeltsin özünü daha yaxşı hiss edib: 

“O, səhhətini yaxşılaşdırdı, arıqladı və müxtəlif ölkələrə səyahət etməyə başladı”.

Qeyd edək ki, Boris Yeltsin 1991-1999-cu illərdə Rusiya Federasiyasının Prezidenti olub. O, 1999-cu il 31 dekabr tarixində xalqa müraciətində istefa verdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin