2024-cü ildə anidən milyarder olanlar da oldu, iflasın bir addımlığında olanlar da.
Bizim.Media xəbər verir ki, 2024-cü ildə ən zəngin 5 adamın ümumi qazancı 505 milyard dollara çatdığı halda, ilin uduzanı 31 milyard dollar zərərlə fransız Bernard Arno oldu.
Elon Musk
2024-cü ildə onun cibini ən çox dolduran ad dünyanın ən zəngin adamı İlon Maskdır. Sərvəti 442 milyard dollara çatan Mask, Bloomberg Milyarderlər İndeksinə görə 2024-cü ildə 213 milyard dollar qazanaraq rəqibləri arasında böyük fərq yaradıb. Bunda CEO-su olduğu elektrik avtomobil istehsalçısı Tesla-nın böyük payı var. Tesla səhmləri ilin əvvəlindən təxminən 70 faiz artıb. Elon Musk şirkətin 13 faizinə sahibdir. Bundan əlavə, SpaceX kosmik nəqliyyat şirkətinin dəyərinin 350 milyard dollara yüksəlməsi Maskın sərvətini artıran mühüm amillərdəndir. 6 milyard dollar sərmayə toplayaraq dəyəri 50 milyard dollara yüksələn süni intellekt şirkəti xAI, bu il Maska pul qazandıran investisiyalardan biridir.
Mark Zukenberq
İlin ikinci ən böyük qazancı Facebook, WhatsApp və Instagram kimi sosial media platformalarına ev sahibliyi edən Meta-nın sahibi Mark Zukerberqdir. Sərvəti 209 milyard dollara yüksələn amerikalı milyarder bir ildə təxminən 89 milyard dollar qazanıb. Zukerberq bu qazancı bir il ərzində səhmləri 70 faiz bahalaşan Metaya borcludur. Şirkətin süni intellektə diqqət yetirməsi və reklam gəlirlərinin artması Meta səhmlərinin bu il yüksəlməsinə səbəb olub. Zaman-zaman səhm satan Zukerberq baş direktoru olduğu şirkətin 13 faizinə sahibdir.
Censen Huang
Üçüncü yerdə ilin ən çox danışılan adlarından biri, Tayvan əsilli amerikalı iş adamı Censen Huangdır. Süni intellektə olan maraq sayəsində çip istehsalçısı NVIDIA-nın səhmləri bu il 2024-cü ildə 200 faizdən çox artıb. Dəyəri 3,3 trilyon dollara çatan şirkətin baş direktoru Huang da bu il 79 milyard dollar qazanıb. Huang'ın sərvəti 120 milyard dollara yüksəldi. Dünyanın 12-ci ən zəngin iş adamı olan ABŞ milyarderi bu siyahıda ilk 5-likdə olmayan yeganə addır.
Larri Ellinson
ABŞ-ın proqram təminatı şirkəti Oracle-ın baş direktoru Larri Ellison bu il sərvətini ən çox artıran dördüncü şəxsdir. Şirkətinin süni intellekt və bulud hesablamalarına qoyduğu sərmayələr sayəsində Ellison sərvətini 193 milyard dollara çatdırıb və 2024-cü ildə 70 milyard dollar qazanıb.
Ceff Bezos
İlin digər qalibi isə internet pərakəndə nəhəngi Amazon-un qurucusu Ceff Bezosdur. Amerikalı iş adamı 2024-cü ildə milyarderlərin sığınacağı kimi tanınan və çoxlu zəngin insanların yaşadığı Mayamidəki Indian Creek adasına köçdükdən sonra səhm satışı ilə gündəmə gəlib. Amazon səhmləri Tramp effekti ilə bir il ərzində 40 faizdən çox artdığı halda, 241 milyard dollar sərvətə sahib olan Bezos bir ildə 63 milyard dollar qazanıb.
İlin uğursuzu
Bu il ən çox itirən isə dünyanın 5-ci ən zəngin adamı olan Bernard Arnaultdur. Arnault, sahibi olduğu lüks istehlakçı nəhəngi LVHM-nin səhmlərinin təsiri nəticəsində bu il 31 milyard dollar itirib. Dior və Louis Vuitton kimi dəbdəbəli markaların yer aldığı şirkət bu il Çində satışların azalması ilə çətin anlar yaşadı. Çin lüks istehlakçı şirkətlər üçün ən vacib bazarlardan biridir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:43 / 31.12.2024
Budur 2024-cü ilin ən çox qazananları - FOTO
Hazırda oxunan: Budur 2024-cü ilin ən çox qazananları - FOTO
Hazırda oxunan: Budur 2024-cü ilin ən çox qazananları - FOTO
227954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.