Çin hakerləri ABŞ Maliyyə Nazirliyinin hesablarını sındırdı

Hazırda oxunan: Çin hakerləri ABŞ Maliyyə Nazirliyinin hesablarını sındırdı

227944

Çində dövlət tərəfindən dəstəklənən qurum ABŞ Maliyyə Nazirliyinin hesablarını sındıraraq dövlət işçilərinin iş yerlərinə və məxfi olmayan sənədlərə giriş əldə edib.

Bizim.Media "The New York Times"a istinadən xəbər verir ki, məlumatı ABŞ prezidenti Co Baydenin administrasiyası açıqlayıb.

Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi hesabatdan aydın olur ki, dekabrın 8-də üçüncü tərəf olan BeyondTrust şirkətindən bir hakerin Xəzinədarlığın iş hesablarına və sənədlərinə uzaqdan daxil olmasına imkan verən təhlükəsizlik açarı əldə etdiyi barədə mesaj alınıb:
 

"Mövcud göstəricilərə əsasən, insident Çin dövlətinə məxsus Advanced Persistent Threat (APT) qurumu ilə əlaqəli olub. Xəzinədarlığın siyasətinə əsasən, APT ilə bağlı pozuntular əhəmiyyətli kibertəhlükəsizlik hadisəsi hesab olunur".


ABŞ Maliyyə Nazirliyi hücumun nəticələrini qiymətləndirmək üçün FTB, kəşfiyyat qrupları və digərləri ilə işlədiyini bildirib. Sındırılan hesab sistemdən kənarlaşdırılıb, Çin dövlətinə məxsus qurumun çıxışının qaldığına dair heç bir sübut yoxdur. Nəşr qeyd edir ki, Çin rəsmiləri uzun müddətdir ki, haker hücumlarında hökumətin rolunu inkar ediblər və kibertəhlükəsizlik sahəsində birgə işləmək üçün ABŞ-la dialoq qurublar. Bu ayın əvvəlində ABŞ Maliyyə Nazirliyi rəsmiləri kibertəhlükəsizlik məsələləri üzrə əməkdaşlığı müzakirə edən iqtisadi və maliyyə işçi qruplarının bir sıra görüşləri üçün Çinə səfər ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin