“Euronews”: 2024-cü il Emmanuel Makronun karyerasında ən pis il olub

Hazırda oxunan: “Euronews”: 2024-cü il Emmanuel Makronun karyerasında ən pis il olub

227932

2024-cü il Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasında ən uğursuz illərdən biri olub.

Bizim.Media xəbər verir ki, “Euronews”un ilin ən uğurlu və uğursuz siyasətçiləri haqqında icmalında bildirilir ki, Fransadakı siyasi və iqtisadi çətinliklər onun karyerasını təhlükə altına alır.

Məqalə müəlliflərinin fikrincə, bir zamanlar Makron ən güclü və avropayönümlü milli liderlərdən biri hesab olunurdu, lakin indi görünür ki, onun qarşısında "axsaq ördək" olmaq dayanır.

Hər halda, bu il Fransa Prezidenti üçün fəlakətli olub. İyunda Avropa Parlamentinə seçkilərdə onun ifrat sağçı rəqibləri – “Milli Birlik” 81 yerdən 30-nu qazanıb. Bunun ardınca ölkədə keçirilən növbədənkənar seçkilər Milli Assambleyada mərkəzçi çoxluğun itirilməsi ilə nəticələnib.

Sabiq Avropa komissarı Mişel Barnyenin rəhbərliyi altında hökumət qurmaq cəhdi 2025-ci il büdcəsi üzrə konsensusa nail olmağa çalışarkən uğursuzluğa düçar olub.

Onun varisi, makronçu Fransua Bayrunun daha çox şeyə nail olacağı fakt deyil. Bundan əlavə, Paris avrozonada ən yüksək kəsirlərdən birini azaltmağı tələb edən Brüsselin təzyiqi altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin